Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Şərur rayonunda ekoloji maarifləndirmə tədbiri keçirilib

30 aprel 2026-cı il tarixdə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Şərur rayon Yengicə kəndində ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, yaşıllıqların götürülmə qaydaları və cərimələrlə bağlı maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin və Dövlət Ekoloji Ekspertiza Agentliyinin əməkdaşları tərəfindən iştirakçılara “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, tullantıların idarə olunması, qanunsuz ov halları, yer təkindən istifadə, eləcə də yaşıllıqların götürülməsi və bərpası qaydaları barədə ətraflı məlumat verilib.

Tədbirin məqsədi vətəndaşlar arasında ekoloji şüurun artırılması, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və qanunvericiliyin tələblərinə riayət olunmasının təşviq edilməsidir.