Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Ekokönüllülərin iştirakı ilə növbəti ekoloji aksiya keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və ekokönüllülərin iştirakı ilə növbəti təmizlik aksiyası həyata keçirilib. Aksiya zamanı Heydər Əliyev Su Anbarının ətraf əraziləri məişət tullantılarından təmizlənib, ümumilikdə 85 kiloqram tullantı toplanaraq ərazidən uzaqlaşdırılıb.
Aksiyada Nazirliyin əməkdaşları və gənclər fəal iştirak ediblər.

Mütəmadi təşkil olunan ekoloji aksiyaların əsas məqsədi ətraf mühitin qorunmasına ictimai diqqəti artırmaq, insanlarda təbiətə qarşı məsuliyyət hissini gücləndirmək, ərazilərin tullantılarla çirkləndirilməsinin qarşısını almaq və təmiz ətraf mühitin qorunmasına töhfə verməkdir.