Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Tədbirdə Nazirliyin aparatının və tabeli qurumların müvafiq şöbələrinin əməkdaşları iştirak ediblər. Dövlət satınalmaları və mühasibat uçotu sahəsində tətbiq olunan yeniliklər, qanunvericiliyin tələbləri, satınalma proseslərinin təşkili, şəffaflığın təmin olunması və uçot sisteminin düzgün aparılması ilə bağlı geniş çıxışlar olub.
Qeyd edək ki, tədbirin əsas məqsədi əməkdaşlar arasında dövlət satınalmaları sahəsində məlumatlılığın artırılması, satınalma proseslərində şəffaflığın və qanunvericiliyin düzgün tətbiqinin təşviq olunmasıdır.
Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.