Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Yaylaq ərazilərində geobotaniki müşahidələr davam etdirilir

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının əməkdaşları tərəfindən Ordubad rayonu ərazisində yerləşən Qala Güneyi yaylağında geobotaniki tədqiqat və monitorinq işləri aparılıb.

Tədqiqatların məqsədi yaylaq sahəsinin bitki örtüyünün vəziyyətini öyrənmək, təbii yem ehtiyatlarını qiymətləndirmək, bitkilərin vegetasiya və çiçəklənmə mərhələlərini müşahidə etmək, eləcə də ərazinin otlaq kimi istifadəyə yararlılığını müəyyənləşdirmək olub.

Monitorinq zamanı bitki örtüyünün sıxlığı, hündürlüyü və inkişaf göstəriciləri araşdırılıb, əldə olunan nəticələr əsasında geobotaniki qiymətləndirmələr aparılıb.

Geobotaniki tədqiqat və monitorinq işlərinin digər yaylaq ərazilərində də davam etdirilməsi nəzərdə tutulur.