Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarına dair maarifləndirici tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Prezidentinin “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn vəzifələrin icrası məqsədilə təşkil olunub.
Tədbirdə etik müvəkkil, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Azər Məmmədov və Nazirliyin Hüquq, insan resursları və sənədlərlə iş şöbəsinin müdiri Sevinc Səmədova çıxış edərək korrupsiyaya qarşı mübarizənin əhəmiyyəti, dövlət qulluqçularının etik davranış qaydaları, maraqlar toqquşmasının qarşısının alınması və bu sahədə hüquqi maarifləndirmənin vacibliyi barədə məlumat veriblər.
Sonda qeyd olunub ki, tədbirin keçirilməsində məqsəd əməkdaşlar arasında etik davranış mədəniyyətinin gücləndirilməsi və korrupsiyaya qarşı maarifləndirmənin artırılmasıdır.