Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev-1782708934.jpg)
Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev iyunun 25-də Sədərək rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl nazir Xanlar Mustafayev və Sədərək Rayon İcra Hakimiyyətinin başçısı Naim Cahidzadə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidə önünə gül dəstələri düzüblər.
Sədərək Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən qəbulda Nazirliyin müvafiq struktur bölmələrinin rəhbərləri də iştirak ediblər.
Qəbul zamanı vətəndaşların işlə təminolunma, yaşıllıqların götürülməsi, yer təkindən istifadə və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Müraciətlərin bir qismi yerindəcə həll olunub, digərlərinin isə qanunvericiliyə uyğun baxılması və üçün aidiyyəti üzrə tapşırıqlar verilib.