Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində növbəti təmizlik aksiyası keçirilib

Naxçıvan-Sədərək avtomobil yolunun 11-ci kilometrliyinədək, yolun ətrafındakı yaşıllıq zolaqlarında təmizlik aksiyası keçirilib.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı və Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən aksiyada Nazirliyin və tabeli qurumlarının əməkdaşları, eləcə də könüllü gənclər iştirak ediblər.

Aksiya zamanı yaşıllıq zolaqları ümumilikdə 125 kiloqramdan artıq tullantıdan təmizlənib.

Aksiya ətraf mühitin mühafizəsinə diqqətin artırılması və təmiz ətraf mühitin təşviqi məqsədi daşıyıb.

Vətəndaşları təbiətə həssas yanaşmağa, məişət tullantılarını yol kənarlarına və yaşıllıq sahələrinə atmamağa, tullantıları yalnız təyinatı üzrə ayrılmış yerlərə atmağa çağırırıq.

#ətrafmühitiqoruyaq #təbiətibirgəqoruyaq #etsn #ekokönüllülər #təmizlikaksiyası