Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Uzunoba su anbarının yuxarı hissəsində yerləşən badam bağında aqrotexniki qulluq işləri aparılıb

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaşıllıq sahələrinin sağlam inkişafının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Uzunoba su anbarının yuxarı hissəsində yerləşən badam bağında zərərvericilərə qarşı dərmanlama işləri həyata keçirilib, həmçinin ərazi alaq otlarından təmizlənib.

Görülən işlər badam ağaclarının sağlam inkişafına və bağın məhsuldarlığının artırılmasına şərait yaradacaq.