Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev-1787747329.jpg)
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Şahbuz rayonundakı “Qanlıgöl” yay otlaq sahəsində fermerlərlə maarifləndirici görüş keçirilib.
Görüş zamanı yay otlaq sahələrindən düzgün və səmərəli istifadə, təbii sərvətlərin qorunması, ətraf mühitin mühafizəsi, ekoloji davamlılığın təmin olunması və mövsümi risklər barədə fikir mübadiləsi aparılıb.
Fermerlərin qarşılaşdıqları çətinliklər və təkliflər dinlənilib, səsləndirilən məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib. İştirakçılara mövzu ilə bağlı maarifləndirici bukletlər təqdim olunub.
Görüşün əsas məqsədi yay otlaq sahələrindən davamlı və məsuliyyətli istifadənin təşviqi, təbii sərvətlərin qorunması və yaylaq istifadəçiləri arasında ekoloji maarifləndirmənin gücləndirilməsidir.