Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.
Heydər Əliyev
Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Yaşıllaşdırma və Landşaft Quruluşu" MMC tərəfindən tinglərin sağlam inkişafı istiqamətində tədbirlər davam etdirilir.
Nazirliyin Qoşadizə tinglik sahəsi alaq otlarından təmizlənib, tinglərin normal böyüməsi üçün əlverişli şərait yaradılıb.
Tinglik sahələrində işlərin vaxtında və düzgün aparılması gələcəkdə həyata keçiriləcək yaşıllaşdırma və meşəbərpa tədbirləri zamanı keyfiyyətli əkin materiallarının yetişdirilməsinə imkan verəcək