Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Toxum tədarükünə başlanılıb

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC tərəfindən toxum tədarükünə başlanılıb.

“Yaşıllaşdırma və Landşaft Quruluşu” MMC tərəfindən tinglik sahələrində yetişdiriləcək ağac və kol bitkilərinin artırılması, yerli iqlim şəraitinə uyğun sağlam və keyfiyyətli tinglərin əldə olunması məqsədilə badam, püstə və alça meyvələri toplanılıb.

Regionda yaşıllıq sahələrinin genişləndirilməsi, meşəsalma və meşəbərpa tədbirlərinin davamlılığının təmin edilməsi məqsədilə digər ağac və kol bitkilərinin toxumlarının tədarükünə başlanılacaqdır.