Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

⚠️XƏBƏRDARLIQ

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən verilən məlumata əsasən, sentyabrın 5-dən 8-dək muxtar respublika ərazisində hava şəraitinin dəyişkən olacağı gözlənilir.
Əsasən dağlıq ərazilərdən başlayaraq Sentyabrın 5-dən 7-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı, ayrı-ayrı ərazilərdə şimşək çaxacağı ehtimal olunur.
Şərq küləyi əsəcək, küləyin sürəti 5-10 m/san təşkil edəcəyi, sentyabrın 7-də isə bəzi yerlərdə arabir 20-25 m/san-dək güclənəcəyi gözlənilir.
Qeyd olunan hava şəraiti ilə əlaqədar vətəndaşlara diqqətli olmaları, xüsusilə güclü külək zamanı açıq ərazilərdə, ağac və konstruksiyaların yaxınlığında ehtiyatlı davranmaları tövsiyə olunur.