Heydər Əliyev

Azərbaycan dövləti müstəqilliyini əldə etdikdən sonra tarixdə ilk dəfə olaraq öz milli təbii sərvətlərinin sahibi olmuşdur və bu sərvətlərdən öz istədiyi kimi istifadə etməyə başlamışdır.

Heydər Əliyev
Logo Azərbaycan Respublikası
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Əməyin mühafizəsi, texniki təhlükəsizlik normaları və qaydaları mövzusunda tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində əməkdaşların əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində biliklərinin artırılması məqsədilə tədbir keçirilib.
Tədbirdə əməyin mühafizəsinin işçilərin həyat və sağlamlığının qorunmasında, təhlükəsiz və sağlam əmək şəraitinin yaradılmasında əhəmiyyəti vurğulanıb. İş yerlərində təhlükəsizlik qaydalarına riayət olunması, mühafizə vasitələrindən düzgün istifadə və bədbəxt hadisələrin qarşısının alınması ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Tədbirdə Nazirliyin Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən istifadənin təşkili şöbəsinin müdiri Ramiz Rəsulov təqdimatla çıxış edərək, texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində qanunvericiliyin əsas tələbləri, eləcə də işçilərin bu sahədə hüquq və vəzifələri barədə məlumat verilib.
Nazirliyin Texniki təminat və təsərrüfat sektorunun müdiri Rəsul Məmmədov isə iş zamanı yarana biləcək təhlükə və risklər, mühafizə vasitələrindən istifadə qaydaları və bədbəxt hadisələrin qarşısının alınması istiqamətində görülməli tədbirlər diqqətə çatdırılıb.
Tədbir mövzular ətrafında müzakirələrin aparılması və iştirakçıların suallarının cavablandırılması ilə davam edib.
Qeyd olunub ki, bu istiqamətdə keçirilən tədbirlər əməkdaşların təhlükəsizlik qaydaları barədə məlumatlılığının artırılmasına və iş yerlərində təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinə xidmət edir.