Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Bahadur Abbasov 1960-cı ildə Naxçıvan şəhərində anadan olub. 1977-ci ildə Naxçıvan şəhərindəki C.Məmmədquluzadə adına 2-nömrəli orta məktəbi bitirmiş, 1985-1988-ci illərdə Naxçıvan Politexnik Texnikomunda oxumuşdur. 1990-cı il yanvarın 18-də ermənilərin Sədərək üzərinə hücumu başlanan ilk günlərdə Naxçıvandan Sədərəyin köməyinə gələn könüllülər dəstəsindəki ən qeyretli oğullaradan biri də Bahadur idi. O, bir neçə dəfə Sədərəyə gəlib düşmən hücumlarının dəf edilməsində iştirak etsə də onun Sədərəyə son gedişi 1992-ci ilin may ayının 23-də olub. Həmin gün axşama qədər ağır döyüşlərdə iştirak edən Bahadur mayın 24-də Mil dağında neçə gün əvvəldən qalan şəhidlərin cəsədinin çıxarılması əməliyyatından qayıda bilmir, düşmən tərəfindən atılan bir snayper gülləsi ilə şəhidlik zirvəsinə ucalır. Naxçıvan şəhərindəki Şəhidlər Xiyabanında dəfn olunan Bahadurun iki övladı atasız qalıb.
Ailə vəziyyəti: Evli, 2 övladı var
Doğulduğu yer: Naxçıvan şəhəri
Şəhid olduğu yer: Sədərək rayonu
Şəhid olduğu tarix: 24.05.1992
Dəfn olunduğu yer: Naxçıvan şəhəri, Şəhidlər Xiyabanı