Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Şəhid Abbasov Heydər Bayram oğlu 17 may 1973-cü il tarixdə Bakı şəhərində anadan olub. Sonralar valideynləri ilə birlikdə ata-baba yurdu olan Şərur rayonunun Kərimbəyli kəndinə köçmüşlər. O 1990-cı ildə Kərimbəyli kənd orta məktəbini bitirmişdir. 1992-ci ilin sentyabr ayının 15-də Şərur rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Hərbi xidmətini Naxçıvanda “Batabat” dağında davam etdirib. Heydər hər zaman yaşıtlarından seçilən vətənpərvər bir igid olmuşdur. 1994-cü ilin oktyabr ayının 23-də “Batabat” döyüş bölgəsində hərbi vəzifəsini yerinə yetirərkən şəhidlik zirvəsinə ucalmışdır.
Abbasov Heydər Bayram oğlunun nəşi Şərur rayon Kərimbəyli kənd qəbirstanlığında dəfn olunmuşdur.