Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Abbasov Ramiq İlyas oğlu 4 oktyabr 1974-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çərçiboğan kəndində anadan olmuşdur. 1981-ci ildə Çərçiboğan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuşdur. 1991-ci ildə orta məktəbi bitirib , 1992-ci ildə Şərur rayonunun Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılır. Hərbi xidmətin 14 ayını Culfa royonunda keçirmiş , sonra isə Sədərə rayonuna göndərilir. Sədərək rayonunda Günnüt kəndi yaxınlığında Qurtbaba yüksəliyi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla şəhid olan 6 nəfərdən biri də Ramiq Abbasovdur.
Xidmət etdiyi hərbi hissənin komandiri mərhum Elşad Nağıyevin və qərərgah rəisi kapitan E. Süleymanovun Ramiqin valideyinlərinə göndərdikləri 29.05.1994-cü il tarixli , 68 №-li məktubunda yazmışdı : oğlunuz Ramiq Abbasov rus və erməni birləşmələrinin hücumu nəticəsində şəhid olub.
Abbasov Ramiq İlyas oğlunun nəşi Şərur rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.