Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Ağayev Vüsal Rafiq oğlu 1993-cü il mayın 28-də Şərur rayonunun Düdəngə kəndində anadan olub. 1999-cu il Şərur rayon Düdəngə kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2002-ci ilə qədər Düdəngə kəndində oxuyub. 2003-cü ildə ailəsi ilə birlikdə Rusiya Fedarativ Respublikası Perm şəhərinə gedib və orada yenidən 1-ci sinfi oxuyub. 2012-ci ildə X sinfi bitirib. Həmin il Perm Dövlət Universitetinin Ekonomiya fakultəsinə daxil olub. 2016-cı ildə Universiteti bitirib Naxçıvana qayıdır. 2016-cı ildə həqiqi hərbi xidmətə çağrılır. Hərbi xidmətini Ordubad rayonun Göygöl hərbi hissəsində edir. 2017-ci ilin sentyabrın 29-də döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Ağayev Vüsal Rafiq oğlunun nəşi Şərur rayon Düdəngə kənd qəbirstanlığında dəfn olunmuşdur.