Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Əli Yəhya oğlu Camalov 2 fevral 1969-cu ildə Şərur rayon Maxta kəndində anadan olmuşdur. 1976-cı ildə Maxta məktəbinin birinci sinifinə daxil olmuşdur. 1986-cı ildə həmin məktəbin X sinifini bitirmişdir. 1986- cı ildə sənədlərini Ukrayna SSRİ-dəki Komeneç-Podolsk şəhərindəki, Xarçenko adına Ümumqoşun Mühəndislər Komandirləri məktəbinə daxil olur. Həmin məktəbi 1990-cı ildə bitirir. İxtisası üzrə təyinatla Moskva şəhərindəki hərbi hissələrdən birinə göndərilir.
Günbəgün artan erməni təcavüzü, xüsusilə Xocalı faciəsindən sonra Əli fikrini qətiləşdirir, xüsusilə Moskvada Armeniya restoranında ermənilərlə mübahisədən sonra komandanlığa müraciət edir. 1992-ci ilin martında Azərbaycana qayıdır və həqiqi hərbi xidmətə yollanmaq üçün Azərbaycan Müdafiə Nazirliyinə müraciət edir. O, 1992- ci ilin martından 1992- ilin 23 oktyabrınadək Dağlıq Qarabağın ətrafında gedən döyüşlərdə qəhrəmancasına həlak olur və Bakı Şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Ailəli olmuş , iki övladı vardır. 1995-ci il 15 yanvar tarixdə Ulu Öndər Heydər Əliyevin tarixi fərmanı ilə Əli Yəhya oğlu Camalovu ölümündən sonra “Azərbaycan bayrağı “ ordeni ilə təltif etmişdir. 1995-ci ildə dövlət səviyyəsində onun büstü Maxta kəndində qoyulmuşdur.