Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Əbilov Kamal Vidadi oğlu 1996-cı il mayın 17-də Şərur rayonunun Oğlanqala kəndində anadan olub.
İlk təhsilini Oğlanqala kənd tam orta məktəbində alan Kamal 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsilini davam etdirmişdir. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnmişdir. Azərbaycan Ordusunun leytenantı olan Əbilov Kamal 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək sentyabrın 30-də qəhramancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Əbilov Kamal ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda”, “İgidliyə gör”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid leytenant Əbilov Kamalın nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.