Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Əhmədov Etibar Hümbət oğlu 1962- ci il avqustun 26-da Naxçıvan Muxtar Respublikasının Şərur rayonu İbadulla kəndində anadan olmuşdur. Orta təhsilini başa vurduqdan sonra Bakıya gədərək Elektrik Maşınqayırma Zavodunda işləmişdir. Qarabağ müharibəsi başlayanda o da bir çox vətənpərvər oğullarımız kimi sakit dura bilmir və cəbhəyə yollanır. Kəlbəcər, Laçın istiqamətində uğurlu döyüş fəaliyyətləri olur. Döyüşlərin birində 2 həftəyə yaxın mühasirədə qalır. Lakin, mühasirədən çıxa bilir. Ailəsinin yanına qayıdır. Lakin ürəyi hələdə cəbhədə qalan Etibar işlədiyi müəssisədən döyüş bölgəsinə ərzaq payları aparır. Ümummili Lider Heydər Əliyevin çağırışından sonra o da yenidən cəbhəyə qayıdır. 1994-cü il aprelin 15-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndi uğrunda gedən döyüşlərdə yaralanmış və itkin düşmüşdür. “Azərbaycan əsgəri” qəzetində "Etibarın igidliyi” sərlövhəli məqalədə onun döyüşdə göstərdiyi qəhrəmanlıq barədə geniş əks olunmuşdur.
Şəhidimizin vətənə əmanət iki övladı vardır.