Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Əhmədov Mərhəmət Adil oğlu

MAHHXHQ əsgər

Şərur

Doğum tarixi: 14.05.1991

                                                              ŞƏHİD ƏHMƏDOV MƏRHƏMƏT ADİL OĞLU

(1991-2020)

            Əhmədov Mərhəmət Adil oğlu 14 may 1991-ci ildə Şərur rayonunun Oğuzkənd kəndində anadan olmuşdur 1997-ci ildə Şərur rayon Aşağı Daşarx kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuş 2008-ci ildə həmin məktəbin 11-ci snifini bitirmişdir. 2009-cu ildə Hərbi-Komisarlıq hesabına sürücülük məktəbini bitirmişdir. 10.07.2009-cu ildə Şərur rayon komisarlığı tərəfindən müddətli hərbi xidmətə çağrılmış, xidmətə N saylı hərbi hissəsində 3 ay beteir sürücüsü kursuna göndərilmişdir. Kursu bitirdikdən sonra h/hissəyə qayıtmışdır. əsgərliyini beter sürücüsü olaraq 01.01.2011-ci ildə xidməti başa vurmuşdur. 2019-cu ildə mart ayında Kəngərli rayon hərbi komsarlığına sənədlərini təqdim etmişdir. Məqsədi Azərbaycan Ordusuna daxil olub. Vətən keşiyində durmaq və torpaqların azad olunması uğrunda döyüşlərdə iştirak etmək idi. Əhmədov Mərhəmət Adil oğlu onunla gedən qrup Kəngərli rayon hərbig komisarlığında Naxcıvan şəhər hərbi komisarlığına göndərilmiş, Naxcıvanmda o, Xüsusi təyinatlı kimi xidmətə başladı. Həmin ilin aprel ayında 3 aylıq kur keçmişdir. 1 iyun tarixində həmin kursu bitirərək peşəkar hərbi qulluqçu kimi ordu sıralarında xidmətə başlamışdır.

           Azərbaycan Ordusunun Xüsusi Təyinatlısı Əhmədov Mərhəmət Adil oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi uğrunda döyüşlər balıanılan zaman Mərhəməd və onun döyüş yoldaşları 11 oktyabr 2020-ci il tarixində könüllü olaraq döyüş gedən yer yollanırlar.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Xocavənd rayonunun Hadrut qəsəbəsi həmçinin Tuğ kəndi və 80 kəndin azadlığında iştirak etmişdir.  Əhmədov Mərhəmət Adil oğlu 25 oktyabr 2020-ci ildə Xocavəndə, Tuğ kəndi yüksəkliklərinin birində qəhramancasına şəhid olmuşdur.

          Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan  İlham Əliyevin müvafiq Sərəncamları ilə Əhmədov Mərhəmət Adil oğlu ölümündən sonra 3-cü dərəcəli “Vətənə ximətə görə” ordeni, “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid Əhmədov Mərhəmət Adil oğlunun nəşi 30 oktyabr 2020-ci ildə Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

Şəhidimizin vətənə əmanət 2 övladı vardır.