Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Şəhid Əliquliyev Nəsimi Pirqulu oğlu 5 iyul 1973-cü ildə Şərur rayon Mahmudkənd kəndində anadan olmuşdur.1980-cı ildə Şərur rayon Mahmudkənd məktəbinin 1- ci sinifinə daxil olmuş 1990-cı ildə həmin məktəbin 10-cu sinifini bitirmişdir.1991-ci ildə həqiqi hərbi xidmətə getmişdir. Hərbi xidməti başa vursada könüllü olaraq erməni quldurlarına qarşı döyüşlərdə iştirak etmişdir. Nəsimi Əliquliyevin əsas döyüş yolu Kəlbəcər və Murovdağ istiqamətlərində olmuşdur.1993- cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Şəhid olarkən sənədləri itdiyi üçün Gəncə şəhərində yerləşən naməlum şəhidlər qəbirstanlığında dəfn edilmişdir. Valideynlərinin axtarışı nəticəsində 1994-cü ildə şəkil əsasında həmin qəbirstanlıqdan cənazəsi çıxarılaraq Şərur rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Ailəli idi bir övladı vətənə yadigar qalıb.