Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Əliyev Əli Cavad oğlu

Baş Leytenant

Şərur

Doğum tarixi: 01.09.1997

Əliyev Əli Cavad oğlu 1997-ci il sentyabrın 1-də Şərur rayonunun Yengicə kəndində anadan olub. 

İlk təhsilini Yengicə kənd tam orta məktəbində alan Əli 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsilini davam etdirmişdir. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnmişdir. 2019-cu ildə leytenant hərbi rütbəsi alaraq 052 Xusisi Təyinatlı Qüvvələrdə üç ay təlim keçdikdən sonra Taqım komandiri olaraq xidmətə başlamışdır. Azərbaycan Ordusunun baş leytenantı olan Əliyev Əli Cavad oğlu 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində rəşadətlə vuruşmuş Tərtət, Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 2022-ci ilin mart ayında Fərrux kənd əməliyyatlarında yaxında iştirak edərək qəhrəmanlıq göstərmişdir. Ermənistan Silahlı Qüvvələri tərəfindən dövlət sərhəddində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən 2022-ci ilin 13 sentyabr tarixində Qisas Əməliyyatı zamanı 3099 yüksəkliyini azad edən kəşfiyyat qrup komandiri qəhrəmancasına həmin yüksəklikdə şəhid olmuşdur.  

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan  İlham Əliyevin müvafiq Sərəncamları ilə Əliyev Əli  Cavad oğlu “Vətən müharibəsi iştirakçısı”, “Suqovuşanın azad olunmasın görə”, “Azərbaycan ordusunun 100 illiyi”, “Cəsur döyüşçü”, “Hərbi xidmətdə fərqlənməyə görə” medallarını sağlığında almış, ölümündən sonra isə “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”medalı ilə təltif edilmişdir.

Şəhid baş leytenant Əliyev Əli Cavad oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında  dəfn olunmuşdur.