Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Əliyev Elşad Əli oğlu 1972-ci ildə Babək rayon Nehrəm kəndində anadan olub.1990-cı ildə Sovet ordu sıralarına hərbi xidmətə çağrılıb,daha sonra siyasi vəziyyətin gərginləşdiyi bir dövrdə Sovet ordusundakı hərbi xidmətini Azərbaycan ordusunda davam etdirməli olub.
1993-ci ildə Naxçıvan şəhərində yerləşən hərbi hissələrin birində hərbi xidmətdə olarkən komandirlərinə könüllü Qarabağ bölgəsində xidmətini davam eləmək istədiyini bildirir və Elşad Əliyev Qarabağ zonasına dəyişdirilir. Elşad Ağdam rayonu ətrafında gedən döyüşlərdə kəşfiyyat dəstəsinin əsgəri kimi qəhrəmanlıq göstərir.19 aprel 1994-cü ildə Elşad kəşfiyyatçı yoldaşı ilə birlikdə növbəti döyüş tapşırığnı yerinə yetirmək üçün əmr alır və bu əməliyyatı yerinə yetirərkən Ağdam rayonu Qaravənd kəndi ətrafında düşmən tərəfindən basdırılmış minaya düşərək şəhid olur. Elşad Əliyevin cənazəsi doğulub böyüdüyü Nehrəm qəsəbəsindəki şəhidlər xiyabanında torpağa tapşırılıb. Nehrəm kənd 2N-li tam orta məktəbi qəhrəman şəhidin adını daşıyır. Nehrəm qəsəbəsindəki şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksində şəhidin büstü qoyulub.