Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Şəhid Əliyev Hicran Əli oğlu 16 fevral 1970 – ci ildə Azərbaycanın qədim ərazisi olan SSRİ-in Ararat rayonunda anadan olub. Ailəsi 1971 – ci ildə yaşayış yerini dəyişərək Naxçıvan Muxtar Respublikasının Şərur rayon Oğlanqala kəndində məskunlaşmışlar. 1977 – ci ildə Oğlanqala kənd tam orta məktəbinin I sinfinə qəbul olmuşdur. Şəhid Əliyev Hicran məktəbdə oxuduğu müddətdə Şərur rayon şagirdlərinin vətənpərvərlik tərbiyəsində fəallıq göstərdiyinə görə müxtəlif diplomlarla təltif olunmuşdur. Hicran Əliyev məktəbdə oxuduğu müddətdə müəllim və şagird kollektivinin hörmət və rəğbətini qazanmış, özündən böyüklərə hörmətlə, özündən kiçiklərə qayğı ilə yanaşmışdır. Məktəbdə oxuduğu illərdə idmana maraq göstərmiş, rayon birinciliklərində iştirak etmiş və bir çox yarışlarda qalib olmuşdur. Şəhid Əliyev Hicran Əli oğlu 1987 –ci ildə Oğlanqala kənd tam orta məktəbini əla qiymətlərlə bitirmişdir.
Şəhid Əliyev Hicran 1987-ci ildə Bakı şəhərində Azərbaycan Bədən Tərbiyəsi İnstitutuna daxil olmuşdur. Ali təhsili bitirdikdən sonra həqiqi hərbi xidmətə çağırılmış və hərbi xidmət üçün Monqolustan dövlətinə yollanmış və orada başa vurmuşdur.
Şəhid Əliyev Hicran 1992-ci ildə Bakı şəhərində Daxili İşlər Nazirliyinin nəznində yaradılmış Xüsusi Təyinatlılar dəstəsində polis ( çavuş ) vəzifəsində işləmişdir. I Qarabağ Müharibəsində könüllü olaraq iştirak etmişdir. Ağdərə uğrunda gedən döyüşlərdə cəsarətlə döyüşmüş və şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid Əliyev Hicran Əli oğlunun nəşi 19 fevral 1993 –cü ildə Bakı şəhərindən Naxçıvan Muxtar Respublikasının Şərur rayon Oğlanqala kəndinə gətirilmiş və Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.