Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Əsədullayev Kamal Fətulla oğlu

əsgər

Şərur

Doğum tarixi: 29.03.1974

Şəhid Əsədullayev Kamal Fətulla oğlu 29 mart 1974-cü ildə Şərur rayon Alışar kəndində anadan olmuşdur.1981-ci ildə Alışar kənd orta məktəbinin I sinifinə daxil olmuşdur. 1987-ci ildə Şərur rayon Qorçulu kənd məkətbinin VII sinifində təhsilini davam etdirmişdir. 1989-cu ildə isə Qorçulu kənd məktəbini fərqlənmə ilə bitirmişdir. Məktəbi bitirdikdən sonra isə Bakı Dəmiryolu Texnikomuna daxil olmuşdur. Texnikomu da fərqlənmə ilə “Qırmızı diplom” ilə bitirmişdir.  27 iyul 1992-ci ildə həqiqi hərbi xidmətə yola düşmüşdür. Hərbi xidmətini Culfa şəhərində yerləşən “N” saylı hərbi hissədə yerinə yetirmişdir. Daha sonra isə 1993-cü ildə hərbi xidmətini davam etdirmək üçün Sədərək  rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilmişdir. 

27 may 1994-cü ildə Erməni quldurları qəflətən Kamal Əsədullayevin xidmət etdiyi postda hücum etmişlər. Postda olan 5 nəfərlik döyüş yoldaşları ilə son mərmiləri bitənədək döyüşmüşlər. Həmin döyüş Kamal Əsədullayevin son döyüşü olur və şəhidlik zirvəsinə yüksəlir.  Şəhid Kamal Əsədullayevin hərbi hissə komandirinin şəhidin ailəsinə göndərdiyi məktubda qeyd edilir: “Sizin övladınız döyüş postunu tərk etməyib, son damla qanınadək döyüşmüş, erməni quldur dəstəsinin  60 nəfərə yaxın canlı qüvvəsini məhv etmişdir”.

Şəhid Əsədullayev Kamal Fətulla oğlunun nəşi Şərur rayon Şəhidlər Xiyabanında dəfn olunmuşdur.