Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Əsgərov Sədi Sabir oğlu 15 iyul 1969-cu ildə Şərur rayon Axaməd kəndində anadan olub. İbtidai təhsilini Axaməd kənd natamam orta məktəbində alıb. Orta təhsilini Kərimbəyli kənd tam orta məktəbində başa vurub. Hərbi xidmətə 1988-ci ildə çağrılıb və QDR (Almaniyada) xidmətdən təxris olunub. Əsgərlikdən gəldikdən sonra Bakıda 20 yanvar hadisələri zamanı düşmənə qarşı müqavimət göstərmişdir. Sonra Minsk hərbi avisiya məktəbinə qəbul olunub. 1992-ci ildə ölkəmizdə gedən döyüşlərlə əlaqədar olaraq müvəqqəti olaraq həmin məktəbdən icazə alaraq torpaqlarımızın müdafiəsi üçün vətənə qayıtmışdir. 1992-ci ilin may ayının 3-də Sədərək rayonunun Mil təpəsi deyilən yerdə vuruşaraq ürəyindən aldığı güllə yarasıyla şəhidlik zirvəsinə ucalmışdir.
Əsgərov Sədi Sabir oğlunun nəşi Şərur rayon Axaməd kəndində dəfn olunmuşdur.