Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Fətullayev Ələmdar Yamən 1937-ci ildə Şahbuz rayonunun Keçili kəndində anadan olub. O, Keçili kənd tam orta məktəbində təhsil alıb, həmin kənddə briqadir, ferma müdiri, partkom vəzifələrində işləyib. Ələmdar Fətullayev 1990-cı ildə Ermənistanla sərhəddə Ərəci adlanan dağın arxasında heyvan otararkən erməni quldurları tərəfindən sürü ilə birlikdə əsir alınıb, daha sonra ondan heç bir xəbər alınmayıb. Sonralar azadlığa buraxılan azərbaycanlı əsirlərdən belə bir adamın Yerevan həbsxanasında olması barədə ailəsinə məlumat verilib.
Doğum yeri: Şahbuz rayonu, Keçili kəndi
Qeyd: İtkin