Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
31 may 1995-ci ildə Şərur rayon Maxta kəndində anadan olmuşdur. Həsənli Novruz , 01 sentyabr 2001-ci ildə Maxta kənd tam orta məktəbində birinci sinifə başlayır və 31 may 2012-ci ildə həmin məktəbi bitirir. Bir müddətdən sonra həqiqi hərbi xidmətdən çağırış gəlir. 19 iyul 2013- cü ildə hərbi xidmətə yola düşür. Həqiqi hərbi xidmətdə olarkən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən keçirilən ixtisasartırma kurslarında iştirak etmiş və sertifikata layiq görülmüşdür.
Gizir Həsənli Novruz Nəbi oğlu 01 noyabır 2014-cü il tarixində “N” saylı hərbi hissəyə daxil olmuş , 10 yanvar 2015-ci ildə “N” saylı hərbi hissədə bölüyün baş çavuşu ixtisası üzrə tam kursu bitirmişdir. Sonra Naxçıvanın Xüsusi Təyinatlı Qüvvələrinə qatılmaq üçün üç ay kurs keçir və birdən çox hərbi təlimlərdə iştirak edir. Ermənilərin Günnüt kəndində törətdikləri təxribat zamanı Naxçıvanın Xüsusi Təyinatlı Qüvvələri Günnüt kəndini düşməndən azad edirlər. Bu zaman kəşfiyyatdan dönən Novruz Həsənli və əsgər yoldaşları puskuya düşürlər. Onların içində olduğu hərbi maşını düşmən vurur, bu zaman Novruz və iki əsgər yoldaşı 5 - iyul 2018- ci ildə Günnüt kəndində şəhadətə ucalıb şəhid olurlar.
Həsənli Novruz Nəbi oğlunun nəşi Şərur rayon Maxta kənd qəbirstanlığında dəfn olunmuşdur.