Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
İsmayılov Əmrah Xudaverdi oğlu 1994-cü il noyabrın 10-da Şərur rayonunun Cəlilkənd kəndində anadan olub. Orta təhsilini Cəlilkənd kənd tam orta məktəbində alan Əmrah 2013-2014-cü illərdə həqiqi hərbi xidmətdə olmuş, hərbi xidməti bitirdikdən sonra Əmrahın Vətənə, hərbi formaya düşgünlüyü onu yenidən müddətdən artıq hərbi qulluqçu kimi xidmətini davam etdirməyinə yol açmışdır. O, xidmətini “N” saylı hərbi hisasədə davam etdirmişdir. Əmrah xidmətdə fərqləndiyinə görə dəfələrlə yuxarı komandanlıq tərəfindən təşəkkürnamələr almışdır. Azərbaycan ordusunun Baş giziri olan Əmrah 2018-ci ildə Günnüt əməliyyatlarında, 2020-ci il sentyabrın 27-də isə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Azərbaycan Ordusunun Xüsusi Təyinatlısı İsmayılov Əmrah 10 noyabr 2020-ci ildə qəhramancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Əmrah İsmayılov ölümündən sonra “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” 3-cü dərəcəli “Vətənə ximətə görə” ordeni ilə təltif edilmişdir.
Şəhid Leytenant İsmayılov Əmrah Xudaverdi oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Şəhidin vətənə əmanət 2 övladı vardır.