Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Şəhid İsmayılov Nüsrət Hidayət oğlu 1960-cı ilin noyabrın 21-də Şərur rayonunun Kərimbəyli kəndində anadan olub. Kərimbəyli kənd orta məktəbini qurtardıqdan sonra Şərur rayon Hərbi Komissarlığa tərəfindən həqiqi hərbi xidmətə çaırılıb, xidmətini Sovet ordusu sıralarında Xabarovsk vilayətində başa vurduqdan sonra Vətənə qayıdıb Bakı şəhərində beton zavodda operator işləyib. Qarabağda erməni seperatçıları tərəfindən milli münasibətlərin kəskinləşdiyi zamanlarda milli azadlıq hərəkatına qoşulur 1991-ci ilin noyabr ayında könüllü olaraq Şıxov batolyonuna daxil olur və and içmə mərasimindən sonra Qarabağ uğrunda döyüşlərə yollanır.
28 dekabr 1991-ci ildə Kərkicahan kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Bakıda Şəhidlər xiyabanında dəfn olunub. Şəhid adının əbədiləşdirilməsi məqsədi ilə Kərimbəyli kənd tam orta məktəbində büstü qoyulub.
Şəhidimizin iki övladı vardır.