Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Məmmədov Məmməd Əli oğlu

əsgər

Şərur

Doğum tarixi: 01.05.1949

Şəhid Məmməd Məmmədov  Əli oğlu 1949-cu ildə 1 mayda Şərur rayonunun Danzik (Danyeri) kəndində anadan olub. 1956-cı ildə həmin kənddə orta məktəbin birinci sinfinə daxil olmuş, 1966-cı ildə  10–cu sinfini bitirmişdir. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuşdur.

Uzun illər Şərur rayon 6 nömrəli mexanikləşdirilmiş səyyar dəstəsində sürücü işləyib. 20 Yanvar faciəsi ərəfəsində düşmənlər Naxçıvan Muxtar Respublikasını işğal planlarını həyata keçirməyə cəhd göstərirdi. 1989-cu il dekabrın 14-də ermənilər tərəfindən gülcü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdilər. Həmin gün Sədərək ilk dəfə top atəşinə tutuldu.

Yanvarın 19-u axşam saat təxminən altı radələrində qərargah raketlərlə atəşə tutulur. 25-dən artıq adam yaralanır. Bir neçə nəfər Şəhid olur. Onların, içində Məmməd Məmmədov da varidi. Xəstəxanaya aparılarkən yolda Şəhidlik zirvəsinə ucalıb.

Məmməd Məmmədov Şərur rayonunun Yenikənd (indiki Danyeri) qəbirstanlığında dəfn edilib.