Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Məmmədov Məmməd Mirzalı oğlu

əsgər

Şərur

Doğum tarixi: 03.02.1960

Şəhid Məmmədov Məmməd Mirzalı oğlu 1960-cı il fevral ayının 3-də Naxçıvan Muxtar Respublikasının Şərur rayon Qorçulu kəndində anadan olmuşdur. 1977-ci ildə Muğanlı kənd orta məktəbini bitirib. Məmməd hüquqşünas olmaq istəyirdi.  Şəhid Məmməd Məmmədov 1979–1981-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981-ci il hərbi xidməti başa vurduqdan sonra Bakı Kooperativ Texnikomuna daxil olmuşdur. 1983-cü ildə Texnikomu bitirdikdən sonra Bakı poladəritmə zavodunda fəhlə olaraq işləməyə başlamışdır. Nəhayət şəhid Məmməd Məmımədov 1986-cı ildə arzusuna çatır, ADU-nin Hüquq fakültəsinə daxil olur. 1991-ci ildə Ali təhsilini başa vurur. Vətənin dar günündə Məmməd də qeyrətli vətən oğulları kimi ordu sıralarına qoşulur. 1993-cü ilin noyabr ayında Milli ordu sıralarında xidmətə başlayır. Şəhid Məmməd Məmmədov Füzuli rayonu ətrafında gedən qızğın döyüşlərdə iştirak etmişdir. 1993-cü ilin dekabr ayında ailəsinə baş çəkmək üçün gələndə o demişdir: “qəm yeməyin tezliklə ermənilərə layiqli dərs verəciyik, qələbə bizim olacaq” təəssüf ki, bu gediş  şəhid Məmməd Məmmədovun son gedişi oldu. 1994-cü ilin yanvar ayının 13-də düşmənin qəfil hücumunun qarşısını alarkən şəhidlik zirvəsinə ucalır.

Şəhid Məmmədov Məmməd Mirzalı oğlunun nəşi Bakı şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.