Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Məmmədov Rasim Əbdül oğlu

Mayor

Babək

Doğum tarixi: 20.05.1977

Rasim Məmmədov  1977‐ci  ilin  20 may günündə  Babək  rayonunun  Cəhri  kəndində I Qarabağ müharibəsinin əlili Əbdül və Nazilə Məmmədovların  ailəsində  anadan  olub.  1996‐cı  ildə  Bakı  Ali  Birləşmiş  Komandirlər  Məktəbinə daxil olan Rasim Məmmədov 2000‐ci ildə həmin məktəbi tank  qoşunları  komandanı  ixtisasına  yiyələnib.  Leytenant  Rasim  Məmmədov  2000‐ci ildən 2001‐ci ilə qədər 177 nömrəli hərbi hissədə “təlim taborunun  PDM‐2  tuşlayıcı”  tağımının komandiri, 2001‐ci ildən  2002‐ci ilə  qədər isə  həmin  hərbi  hissədə  “T‐55  təlim  döyüş  tankları”  tağımının  komandiri  vəzifələrində  çalışıb.  2002‐ci  ildə  baş  leytenant  rütbəsi  alan  Rasim  Məmmədov,  həmin  ildən  2005‐ci  ilə  qədər  077  nömrəli  hərbi  hissədə  “tank”  tağımının  komandiri  vəzifəsində  işləyib.  2005‐ci  ildə  Rasim  Məmmədov  kapitan  rütbəsi  alıb  və  130  nömrəli  hərbi  hissədə  “1‐ci  mexanikləşdirilmiş bölük” komandiri vəzifəsində çalışıb. Kapitan Rasim Məmmədov 2007‐ci ildən 2010‐cu  ilə qədər 703 nömrəli hərbi hissədə 5‐ci Moto Atıcı Taborun Qərargah rəisinin Maddi Texniki Təminat üzrə  köməkçisi, 2010‐cu ildən 2011‐ci ilə qədər isə həmin 5‐ci Moto Atıcı Taborun rəisi olub. Daha sonra o, bir  müddət 161 nömrəli hərbi hissənin 5‐ci Moto Atıcı Taborun Qərargah rəisi kimi xidmət edib. Elə həmin  ildə, 2011‐ci ildə Rasim Məmmədov Müdafiə Nazirinin əmri ilə mayor rütbəsi verilib. 2011‐ci ildən 2012‐ ci ilə qədər 704 nömrəli hərbi hissədə 5‐ci Moto Atıcı Taborun komandirinin müavini, 2012‐ci ildən 2014‐ cü ilə qədər isə, həmin 5‐ci Moto Atıcı Taborun komandiri vəzifəsində çalışan mayor Rasim Məmmədov  2014‐cü ildən 2015‐ci ilə qədər, həmin hərbi hissənin 2‐ci Moto Atıcı Taborun komandiri kimi xidmət edib.  18 aprel 2015‐ci ildən, şəhid olduğu günə qədər isə mayor Rasim Məmmədov 706 nömrəli hərbi hissədə  2‐ci Moto Atıcı Taborun komandiri vəzifəsində olub. Mayor Rasim Məmmədov 2016‐cı ilin aprel ayında  Azərbaycan‐Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. Aprelin 5‐i  isə  Rasim Məmmədov  doğulduğu  Babək  rayonunun  Cəhri  kəndində  son  mənzilə  yola  salınıb,  uğrunda  şəhid  olduğu  torpağa  tapşırıldı.  Rasim  Məmmədov  ölümündən  sonra  göstərdiyi  qəhrəmanlığa  görə  Azərbaycan  Respublikasının  Prezidentinin  Sərəncamı ilə  “Qüsursuz  xidmətə görə” II  dərəcəli medalı ilə  təltif edilib. Rasim Məmmədov həm də "Vətən uğrunda medalı" ilə təltif edilib.