Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Muradov Füzuli Sahib oğlu 1977-ci ildə Babək rayon Nehrəm kəndində anadan olub. Füzuli Muradov 1995-ci ildə Babək rayon hərbi komisarlığından hərbi xidmətə çağrılıb. Muradov ilk vaxtlar Sumqayıt şəhərinə yaxın olan N saylı hərbi hissədə xidmət edir. Füzulini hərbi təlimlərdən sonra bir neçə əsgərlə birlikdə Qazax rayonunda yerləşən hərbi hissəyə göndərilir. Füzuli Muradov ehtiyat taborda xidmət edirdi. Füzuli Muradov əsgər yoldaşları ilə birlikdə 2 ilə yaxın müddətdə Qazax rayonunun Daş Salahlı,Yuxarı və Aşağı Əskipara, Qızıl Hacılı, Fərəhli kəndlərində ermənilərlə döyüşən əsgərlərə müxtəlif işlərdə kömək etmişdir.
31 mart 1997-ci ildə Füzuli və döyüş yoldaşları növbəti tapşırıq alırlar. Tapşırıq Aşağı Əskipara kəndindən bir az aralıda ermənilərlə döyüş gedən yerin yaxınlığında səngər qazmaq idi. Ermənilərin xəbəri olmaması üçün işi gecə səhərə qədər qurtaqmaq lazım idi. Gecəni səhərə qədər gərgin işləyib tapşırığı yerinə yetirirlər. Hərbi hissəyə qayıdanda partlayan mina əsgərləri ətrafa səpələyir 17-i əsgərdən 5-i şəhid olur, 12-si isə müxtəlif dərəcəli yaralar alırlar. 30 mart 1997-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində partlayan mina Füzuli Muradovla birlikdə 4 silah yoldaşının həyatına son qoydu. Şəhidin cənazəsi aprel ayının 3-də doğulub boya başa çatdığı Nehrəm qəsəbəsindəki şəhidlər qəbristanlığında əbədiyən torpağa tapşırıldı. Nehrəm qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksdə şəhid Muradov Füzuli Sahib oğlunun da büstü var.