Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Şəhid Musayev Araz İbrahim oğlu 14 iyul 1973-cü ildə Şərur rayon Danzik kəndində anadan olmuşdur.1980-ci ildə Şərur rayon Yenikənd orta məktəbinin 1-ci sinfinə daxil olub və 1 mart 1990-cı il 10-cu sinifdə oxuyarkən erməni işğalçılarının Sədərək kəndinə hücumu zamanı müdafiə olunmaq üçün hazırlanmış əl qumbarasının partlaması nəticəsində Şəhid olmuşdur. Şərur rayon Milli Müdafiə Komitəsinin 14 yanvar 1992-ci il tarixində verilmiş məktub nəzərə alınaraq ona şəhidlik statusu verilmişdir. Şərur rayon XDM –nin icrayyə komitəsinin 9 aprel 1992-ci il 157 saylı qərarı aidiyyatı təşkilata göndərilmədiyindən qərar 1996-cı il №2-29-1996 Şərur rayon Xalq Məhkəməsinin qəbul etdiyi qətnamə əsasında şəhidlik statusu verilmişdir
Şəhid Musayev Araz İbrahim oğlunun nəşi Şərur rayon Danyeri kənd qəbirstanlıqında dəfn edilmişdir.