Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Nuruyev Cavid Əşirəf oğlu 1998-ci il martın 3-də Şərur rayon Oğuz kəndində anadan İlk təhsilini Aşağı Daşarx kənd tam orta məktəbində alan Cavid 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsilini davam etdirmişdir. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində motoatıcı ixtisasına yiyələnmişdir.
Azərbaycan Ordusunun leytenantı olan Nuruyev Cavid 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək oktyabrın 7-də qəhramancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Cavid Nuruyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni "Vətən uğrunda",“ İgidliyə görə” və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Şəhid Leytenant Nuruyev Cavid Əşirəf oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.