Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
İlyas Sabir oğlu Qasımov Kəngərli rayon Qarabağlar kəndində anadan olmuşdur. Uşaqlıqdan bəri çox cəsur olan İlyasın bu qorxmazlığı Sədərək döyüşlərində də özünü biruzə vermişdir. “Fəryad” filminə baxıb təsirlənən İlyas Qasımov müharibə vaxtı peşəkar erməni zabitini əsir götürmüşdür. 17.04.1994-cü il tarixdə İlyas Qasımov başqa bir ermənini əsir götürmək istəyərkən pusquya düşür və qəhrəmancasına döyüşərək şəhid olur. Qarabağlar kənd qəbiristanlığında dəfn olunmuşdur