Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Qurbanov Rauf Vahid oğlu 1995-ci il oktyabr 5-də Şərur rayonunun Ələkli kəndində anadan olub.
İlk təhsilini Ələkli kənd tam orta məktəbində alan Rauf 5-ci sinifdən isə Vərməziyar kənd tam orta məktəbində təhsilini davam etdirmişdir. 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsilini davam etdirmişdir. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnmişdir. Azərbaycan Ordusunun leytenantı olan Qurbanov Rauf 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Zəngilan rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək oktyabrın 18-də qəhramancasına şəhid olmuşdur.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Qurbanov Rauf ölümündən sonra 3-cü dərəcəli “Vətənə ximətə görə” ordeni, “Vətən uğrunda”, “İgidliyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid leytenant Qurbanov Rauf Vahid oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.