Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
İntiqam Dilən oğlu Rüstəmov 17 yanvar 1972-ci ildə Şahbuz rayon Badamlı kəndində anadan olub. İntiqam Rüstəmov 1978-ci ildə isə Badamlı kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub.
1990-cı il may ayında Sovet ordusu sıralarına hərbi xidmətə çağırılır və 1992-ci ilin may ayında hərbi xidməti başa vurur. Həmin dövrdə düşmən Sədərək rayonu istiqamətində hücuma keçdiyini duyan İntiqam heç fikirləşmədən Şahbuz rayon Hərbi komissarlığına müraciət edərək Sədərəyə yollanır. Sədərək uğrunda gedən döyüşlər zamanı İntiqam sağ əlindən yaralanır. Naxçıvan şəhər xəstəxanasında bir müddət müalicə aldıqdan sonra İntiqam və digər yaralılar həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işləyən Ümummilli lider Heydər Əliyev tərəfindən Türkiyə Respublikasına müalicəyə göndərilir. İntiqam müalicəsini yarımçıq dayandıraraq Naxçıvana qayıdır və yenidən düşmənin Naxçıvanın müxtəlif bölgələrinə olan hücumlarının qarşısının alınmasında iştirak edir. İntiqam Rüstəmov bununla da kifayətlənməyib Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Ağdama yollanır.1994-cü il yanvar ayının 18-də Ağdama yollanan İntiqamın döyüş yolu qısa olur. İntiqam Rüstəmov Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə başından ağır yaralanaraq yanvar ayının 30-da şəhid olur .
Şəhid Rüstəmov İntiqam Naxçıvan şəhər Şəhidlər xiyabanında dəfn olunub.