Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Sadiqov Qulu Məhəmməd oğlu 14 oktyabr 1965-ci ildə Şərur rayon Kürçülü kəndində anadan olmuşdur. Qulu Sadiqov 1972-ci ildə Şərur rayon Kürçülü kənd məktəbinin I sinifinə daxil olmuşdur. 1982-ci ildə Kürçülü kənd məktəbini əla qiymətlərlə bitirir. Həmin ildə Rusiyanın Belqrad şəhəri “İnşaat mühəndisliyi” institutuna daxil olur.
Qulu Sadiqov həqiqi hərbi xidmətini Sovet ordusunda başa vurur. Ermənilərin Azərbyacana hücümlarının başlanması zamanı Qulu vətən borcunu yerinə yetirmək üçün Füzuli rayonuna yollanır. Füzuli rayonunda döyüşlərdə iştirak edir. Qulu Sadiqov özü kimi cəsur döyüşçülərdən ibarət taqım yaradır. Bu taqım “N” saylı hərbi hissənin tərkibində 40 nəfərdən ibarət olur. Taqım döyüşlərdə çoxlu uğurlar əldə etdikləri üçün “Xilaskar taqım” adı alır. Füzuli rayonun Aşağı Seyidəhmədli kəndi uğrunda gedən döyüşlər zamanı Qulu dəfələrlə yaralansa da döyüş yoldaşlarından ayrılmır. Şiddətli döyüşlər zamanı Qulu Sadiqov doğum günündə 18 sentyabr 1994-cü ildə şəhidlik zirvəsinə ucalır.
Şəhid Sadiqov Qulu Məhəmməd oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.