Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Seyidov Məhərrəm Mirəziz oğlu 7 sentyabr 1952-ci ildə Şərur rayonunda anadan olmuşdur. 1969-cu ildə burada N.Nərimanov adına orta məktəbi bitirmişdir. Məhərrəm Bakı şəhərində Polis Akademiyasını bitirmişdir. Polis kapitanı Məhərrəm Şərur rayonunda baş inspektor işləmişdir. 1990-cı ildə Sədərək rayonu da başqa rayonlar kimi erməni silahlılarının hücumlarına məruz qalırdı. 18 yanvar 1990-cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, silahsız günahı olmayan dinc sakinləri min bir vəhşiliklərlə qətlə yetirirdilər. Şərur rayon Polis şöbəsi məlumatı alan kimi əməkdaşları hadisə yerinə göndərir qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar var idi. 19 yanvar polis kapitanı Azər Seyidov mühasirəyə düşmüşdür. Məhərrəm onu xilas etmək tapşırığını öz üzərinə götürdü, o, vuruşaraq polis kapitanının yanına çata bildi, ama o özü mühasirəyə düşdü, son nəfəsinədək vuruşaraq döyüşçü dostlarını xilas edən Məhərrəm qəhrəmancasına şəhid oldu.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı ” adına layiq görülmüşdür.
Şəhid Seyidov Məhərrəm Mirəziz oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Şərur şəhərində qəhrəmanımızın adına küçə var, tuncdan büstü qoyulub. Ailəli idi dörd övladı var.