Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Süleymanov Ələddin Eldar oğlu 05 oktyabr 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayon Çərçiboğan kəndində anadan olmuşdur. 1980-ci ildə Çərçiboğan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi bitirmişdir. 1992-ci ilin mart ayında Şərur rayonunun Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışdır. Bu dövrdə “Qarabağ” da vətənin bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlər Naxçıvanda da təsirsiz ötüşməyib. İgidlər oylağı, ərənlər diyarı Naxçıvan özünün igid oğulları ilə birgə düşmən təcavüzünün, düşmən təxribatının qarşısını almaq üçün səfərbər olmuşdular. Ələddin xidməti dövründə nizam- intizamı ilə fərqlənirdi. Əlverişli mövqenin müdafiəsində hər zaman ayıq sayıq olan Ələddin komandirlərinin və döyüşçü yoldaşlarının rəğbətini qazanmışdır. Hərbi xidmətini layiqincə yerinə yetirən Ələddin hər zaman düşmənə layiqli cavab vermişdir. 24 mart 1992-ci ildə şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid Süleymanov Ələddin Eldar oğlunun nəşi Şərur rayon Çərçiboğan kənd qəbirstanlığında dəfn olunmuşdur.