Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Vəliyev Teymur Həsən oğlu 14 oktyabr 1960-cı il də Şərur rayon Cəlilkənd kəndində anadan olmuşdur. 1967-ci ildə C.Məmmədquluzadə adına Cəlilkənd orta məktəbinin birinci sinfinə daxil olub. 9 illliyi bitirdikdən sonra Bakı Neft buruqları operatoruluğunu bitirib. 1980-ci ildə həqiqi hərbi xidmətə yollanıb. 3 illik dəniz piyadalarında xidmət etməyə başlayıb. 1988-ci ildə isə vətənə qayıdıb. Şərur rayonunda hələ dövlət tərəfindən təsdiq olunmamış Milli Müdafıyə Komitəsinə könüllü üzv olub. Sonradan könüllü olaraq milli orduda işləməyə başlayıb. 20 yanvar hadisələri başlayan zaman Cağazir kənd ağ bulaq postunda könüllü olaraq döyüşüb. Xəçik kəndindən açılan artılelliya atəşi zaman Vəliyev Teymurun olduğu top taborunun mövqeyi vurulmuş, Teymur bud nahiyəsindən qəlpə yarası almışdır. Şahmərdan Cəfərov onu aşağıya hospitala göndərmək istəsədə yaxşıyam deyib yenidən döyüşməyə başlayıb. Sürət Hüseynovun Bakıya hücumunun qarşısını almaq məqsədilə 04.06.1993-cu il tarixdə Naxçıvandan Bakıya dövlət çevrilişinin qarşısını almaq məqsədi ilə könüllü olaraq yollanırlar. Bir neçə gün davam edən döyüşdə Sürət Hüseynovun dəstələri tərəfindən Bakıda Nəvai postunda 16.06.1993-cü ildə şəhidlik zirvəsinə ucalmışdır.
Şəhid Vəliyev Teymur Həsən oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanda dəfn olunmuşdur.