Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Vəlizadə İbrahim Səməd oğlu 1998-ci il iyun ayının 11-də, Şərur rayonunun Vərməziyar kəndində anadan olub.
İlk təhsilini Vərməziyar kənd tam orta məktəbində alan İbrahim 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsilini davam etdirmişdir. İbrahim həmyaşıtlarından seçilən bir gənc olduğundan o, 2018-ci ildə Türkiyədə hərbi təhsil almışdır. 2014-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnmişdir. Azərbaycan Ordusunun leytenantı olan Vəlizadə İbrahim 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə itkin düşmüşdür.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Vəlizadə İbrahim ölümündən sonra “3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilmişdir.”Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
İtkin şəhidimizin Şərur şəhər Şəhidlər Xiyabanında büstü ucaldılmışdır.