Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

Zamanlı Məmməd Rəhman oğlu

Leytenant

Şərur

Doğum tarixi: 03.08.1998

Zamanlı Məmməd Rəhman oğlu 1998-ci il avqustun 3-də Şərur rayonunun Püsyan kəndində anadan olub. 

İlk təhsilini Püsyan kənd tam orta məktəbində alan Məmməd 2012-2015-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə təhsilini davam etdirmişdir. 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnmişdir. Azərbaycan Ordusunun leytenantı olan Zamanlı Məmməd 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edərək sentyabrın 27-də qəhramancasına şəhid olmuşdur. Məmmədin Adının əbədiləşdirilməsi məqsədi ilə şəhid olduğu yerdə abidə qoyulmuş, Suraxanı rayonunda 1500  metr məsafədə olan küçəyə adı verilmiş, Binə qəsəbəsində şəhid Zamanlı Məmməd Rəhman oğlunun adına Bulaq-Xatirə kompleksi tikilmiş, Şərur rayon Püsyan kəndində isə Şəhid Məmməd Park Bulaq-Xatirə kompleksi  yaradılmışdır.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan  İlham Əliyevin müvafiq Sərəncamları ilə Zamanlı Məmməd Rəhman oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Şəhid leytenant Zamanlı Məmməd Rəhman oğlunun nəşi Şərur rayon Püsyan kənd qəbiristanlığında  dəfn olunmuşdur.