Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Zeynalov Azad Rafiq oğlu 1987-ci il yanvar ayının 7-də, Şərur rayonunun Çomaxtur kəndində anadan olub.
1993-cü ildə Çomaxtur kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. 2002-ci ildə həmin məktəbi bitirərək 2002-2005-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsilini davam etdirmişdir. 2005-2009-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsilə yiyələnmişdir. Həmin məktəbi leytenant rütbəsi ilə bitirib ordu sıralarında xidmətə başlamışdır. 2013-cü ildə baş leytenant rütbəsi alaraq Qazax rayonunda hərbi polis rəisi olaraq xidmətini davam etdirmişdir. 2018-2020-ci illərdə Müdafiə Nazirliyində Təhlükəsizlik İdarəsində xidmət etmişdir. Sonuncu xidmət yeri isə Qusar rayon “N” sayılı hərbi hissəsində etmişdir. Azərbaycan Ordusunun kapitanı olan Azad Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanan Azad 15 gün reanimasiyada müalicə almış, oktyabrın 26-da ikinci əməliyyatdan çıxaraq həmin günün axşam saatlarında şəhadətə yüksəlmişdir.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali baş Komandan İlham Əliyevin müvafiq Sərəncamları ilə Zeynalov Azad «Azərbaycan ordusunun 100 illiyi”, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” “Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi” yubley medalları və “Qüsursuz Xidmətə görə 3-cü dərəcəli” medalları sağlığında ölümündən sonra isə “İgidliyə görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Şəhid kapitan Zeynalov Azad Rafiq oğlunun nəşi Şərur şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur.
Şəhidimizin vətənə əmanət 2 övladı vardır.