Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42
Vəli Zeynalov 20 dekabr 1956-cı ildə Naxçıvanda anadan olub. Volqoqrad şəhərindəki Ali milis məktəbini bitirmişdir. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsində Dövlət hüquq şöbəsinin müdiri işləmişdir.
1990-cı il mart ayının 28-də Şada kəndində ermənilərlə azərbaycanlılar danışıq aparmalı, Vəli də o danışıqlarda iştirak etməli idi. Ermənilərin Gərməçataq kəndinə gözlənilməz hücumu Vəli Zeynalov başda olmaqla, görüşə getməsi nəzərdə tutulmuş bir neçə adamı o görüşə getməkdən saxlayıb. Gərməçatağın quldurlardan təmizlənməsi üçün bir dəstə şəxslə kəndə daxil olan Vəli Zeynalov qəhrəmancasına şəhid olmuşdur.
İlqar və Rəşad adında iki övladı yadigar qalıb.