Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

HİDROMETEOROLOGİYA

Fəaliyyət istiqamətləri
1843-cü ildən başlayaraq Naxçıvan şəhərində öncə havanın temperaturu, yağıntı və külək üzərində ilkin müşahidələr aparmışlar. Hidrometeorologiya İdarəsi 1980-ci ilə qədər Hidromet büro, 1980-dan 1992-ci ilə qədər Hidrometeoroloji observatoriya, 1992-ci ildən 2001 –ci ilə qədər Hidrometeorologiya İdarəsi kimi fəaliyyət göstərmişdir. 2001-ci il 25 may Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərancamı ilə Hidrometeorologiya İdarəsi Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərkibində fəaliyyət göstərir. İdarənin 9 meteoroloji stansiya vardır. 1.Naxçıvan, 2. Şahbuz, 3. Ordubad, 4. Culfa, 5. Şərur, 6.Ağdərə QUS, 7. Biçənək, 8. Sədərək, 9. Kəngərli. Regional yayıma cəlb olunan stansiyalar: Naxçıvan, Ordubad, Culfa. Meteoroloqlar gecə və gündüz növbələrində fasiləsiz olaraq bulud, yağıntı, atmosfer təzyiqi, rütubətlilik, temperatur, külək, görünüş məsafəsi, şimşək və həmçinin xüsusi təhlükəli atmosfer hadisələri üzərində daima müşahidələr aparırlar. Meteoroloqlar tərəfindən aparılan müşahidələr xüsusi meteoroloji MK1, MK3, MK5 kitabçalara yazılır. Gündəlik meteoroloji məlumatlar sutkada 3 saatdan bir 8 dəfə olmaqla Beynəlxalq SYNOP kodu ilə tərtib olunmuş teleqramalar vaxtında öz adreslərinə çatdırılır.
Hidrometeorologiya İdarəsinin əsas funksiyaları: Naxçıvan Muxtar Respublikasının ərazisində, atmosferin yüksək təbəqələri də daxil olmaqla hidrometeoroloji hadisələr və prosesləri öyrənmək, təhlil etmək və proqnozlaşdırmaq;
Hidrometeorologiyanın inkişaf etdirilməsi istiqamətində proqram və layihələr hazırlamaq;
Hidrometeoroloji və digər geofiziki proseslərdən əhaliyə və iqtisadiyyata dəyə biləcək mümkün ziyanın azaldılması və tənzimlənməsi məqsədi ilə bu proseslərə aktiv təsir işlərini həyata keçirmək;
Dövlət sirri təşkil edən məlumatları, o cümlədən fəaliyyəti ilə əlaqədar məlum olan kommersiya sirlərini yaymamaq;
Nazirlik tərəfindən ona həvalə edilmiş qanunvericiliyə uyğun digər vəzifələri yerinə yetirmək.