Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə-42

(+99436) 545-72-58

YASAQLIQLAR

Fəaliyyət istiqamətləri
“Arazboyu” Dövlət Təbiət Yasaqlığının yaradılması.
Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. Naxçıvan Muxtar Respublikasında isə 2005-ci ildə Arazboyu, 2009-cu ildə Arpaçay Dövlət Təbiət Yasaqlıqları yaradılmışdır. “Arazboyu” Dövlət Təbiət Yasaqlığı Ali Məclisi Sədrinin 2005-ci il 23 sentyabr tarixli 212-01/S nömrəli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayonlarının inzibati ərazilərində yaradılmışdır. Yasaqlığın ərazisi 9118 hektar təşkil edir. "Arazboyu" Dövlət Təbiət Yasaqlığı - ətraf mühitin mühafizəsi və ondan səmərəli istifadə olunması, nadir endemik və nəsli kəsilmək təhlükəsi altında olan flora (süsən, Araz palıdı, dağdağan, qırxbuğum, cüzgün, qrossheym südlüyəni, qəşəng süsən, sirkənvari həlməl, yabanı əncir, adi nar (yabanı nar), Qafqaz dağdağanı və s.) və fauna növlərinin (Merkuri və Linden iynəcəsi, qısaqanad bolivariya cırtdan çöpçük, qıvrımələk və çəhrayı qutan, ərsindimdik, göy dimdik, kiçik qu, mərmərə cürə, ağquyruq dəniz qartalı, saqqallı qartal, məzar qartalı, qırmızıqanad dırmanc, qamış pişiyi, manual pişiyi, Kiçik Asiya kərtənkələsi, Suriya sarımsaqiyli qurbağası və s.) tarixi mədəniyyət, arxeoloji və memarlıq abidələrinin (Gülüstan türbəsi, Culfa körpüsü və s.) qorunub saxlanması məqsədilə yaradılmışdır. Yasaqlıq – təbiət komplekslərinin və komponentlərinin qorunması və ya bərpası, habelə ekoloji tarazlığın saxlanması məqsədilə yaradılan və xüsusi mühafizə olunan təbiət ərazisi olmaqla yanaşı bioloji, paleontoloji və hidroloji profilidir. Yasaqlığın funksiyaları. 1. Təbiət komplekslərinin və komponentlərinin qorunması və ya bərpası; 2. Ekoloji tarazlığın saxlanılması; 3. Yaranma profilindən (məqsədindən) asılı olaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təsərrüfat fəaliyyətindən müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməsini təmin etmək; 4. Ekoloji monitorinqlərdə iştirak etmək; 5. Elmi, mədəni tədris və məhdud təsərrüfat fəaliyyətlərini həyata keçirmək; “Arazboyu” Dövlət Təbiət Yasaqlığının binası. “Arazboyu” Dövlət Təbiət Yasaqlığı, Meşələrin İnkişafı İdarəsinin balansında olan inzibati binanı 1 (bir) iş otağında fəaliyyət göstərir.
“Arpaçay” Dövlət Təbiət Yasaqlığı yaradılması.
“Arpaçay” Dövlət Təbiət Yasaqlığı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 22 iyun 2009-cu il tarixli 167-III FR nömrəli Fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Şərur, Kəngərlıi, Babək və Şahbuz rayonlarının inzibati ərazilərində yaradılmışdır. Yasaqlığın ərazisi 68911,18 hektar təşkil edir. “Arpaçay” Dövlət Təbiət Yasaqlığı (bundan sonra yasaqlıq) ətraf mühitin mühafizəsi və ondan səmərəli istifadə olunması, nadir endemik və nəsli kəsilmək təhlükəsi altında olan flora (Gözəl dazı, Şüalı zəngçiçəyi, Qurdqulağı süsən, Tatar iksiolirionu, ağıriyli ardıc, Akaka soğanı, Təkdənli buğda, Qozbel laləvər, Gövdəsiz yumaqotu, Çılpaq dorema, Zümrüdçiçəyi ələyəz, Cənubi Qafqaz canavargiləsi və s.) və fauna (Bəbir, Safsar, Bezoar keçisi, Cənubi Qafqaz muflonu, Daşlıq dələsi, Oxlu kirpi, Aralıq dənizi tısbağası, Saqqallı qartal, Xəzər uları, Alp torağayı, Qonur ayı, Vaşaq, Qırmızıqanad dırmanc, və s.) növlərinin tarixi mədəniyyət, arxeoloji və memarlıq abidələrinin (Oğlanqala, Qazma mağarası, Havuş piri, Axura nekropolu, Albantəpə nekropolu, Qardaş ocağı, Qarasu qalası və s.) qorunub saxlanması məqsədilə yaradılmışdır. Yasaqlıq-təbiət komplekslərinin və komponentlərinin qorunması və ya bərpası habelə ekoloji tarazlığın saxlanması məqsədilə yaradılan və xüsusi mühafizə olunan təbiət ərazisi olmaqla yanaşı bioloji, paleontoloji və hidroloji profilidir. Yasaqlığın funksiyaları. 1. Təbiət komplekslərinin və komponentlərinin qorunması və ya bərpası; 2. Ekoloji tarazlığın saxlanılması; 3. Yaranma profilindən (məqsədindən) asılı olaraq torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən təsərrüfat fəaliyyətindən müəyyən edilmiş məhdudiyyətlərə əməl edilməsini təmin etmək; 4. Ekoloji monitorinqlərdə iştirak etmək; 5. Elmi, mədəni tədris və məhdud təsərrüfat fəaliyyətlərini həyata keçirmək; “Arpaçay” Dövlət Təbiət Yasaqlığının binası. “Arpaçay” Dövlət Təbiət Yasaqlığı, Şərur rayon Aşağı Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında 3 (üç) iş otağında fəaliyyət göstərir.